“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklik edilir.
TİA.AZ xəbər verir ki, qanunun 14-cü (Tütün məmulatlarının reklamının və satışının stimullaşdırılmasının qadağan edilməsi) maddəsinə əsasən, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsi ilə açıq yayımlanması qadağandır.
Maddəyə edilən əlavəyə əsasən, tütünün təbliğat məqsədilə reklamı qadağan edilir.
Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.