Axtarış...

Belçika səfiri: "Naxçıvan bərpa olunan enerji mənbələri sahəsində Avropa ölkələri üçün nümunədir"

Belçika səfiri: "Naxçıvan bərpa olunan enerji mənbələri sahəsində Avropa ölkələri üçün nümunədir"

Naxçıvan bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər.

"Report" xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvanda Avropa İttifaqı Günlərinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Belçika və Azərbaycan alternativ enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq edir. O, Naxçıvanın günəş enerjisi istehsal edərək bu sahədə fəal olduğunu qeyd edib.

"Naxçıvan yalnız danışmır, həm də iş görür. Naxçıvan bu məsələdə bəzi Avropa ölkələri üçün də nümunə ola bilər", - B.Skufs deyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz