Prezident İham Əliyev E.S.Pirverdiyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Millitv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.