Şəmkir rayonunda 26 yaşlı qadın intihar edib.
Millitv.Az Report-a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Lətifə Əkbər qızı Hüseynova sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. L.Hüseynovanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, L.Hüseynovanın 3 azyaşlı uşağı var idi.
Faktla bağlı araşdırma aparılır.