"Portu"nun qapıçısı İker Kasilyas karyerasına son qoyacağı tarixi açıqlayıb.
Milli.Az xəbər verir ki, 37 yaşlı qolkiper mövsümün sonunda futboldan gedəcəyini deyib. O, sonuncu klubunun "Portu" olacağını bildirib.
Kasilyas 1990-cı ildən 2015-ci ilə qədər Madrid "Real"ında çıxış edib. O, son 3 ildə "Portu"nun şərəfini qoruyur.