ABŞ Konqresi prezident Donald Trampla Rusiya prezidenti Vladimir Putinin təkbətək görüşünün keçirilməsinə qarşı çıxır.
Publika.az "Russian Today" telekanalının saytına istinadən xəbər verir ki, Konqresə iki dövlət başçısının "istənilən gələcək gizli görüşlərinə" qarşı qətnamə layihəsi daxil edilib.
Sənəddə həmçinin deyilir ki, Tramp Helsinki sammitində Putinlə əldə olunan istənilən razılaşmaları Konqreslə uyğunlaşdırmalıdır.
"Konqresin Nümayəndələr Palatası ABŞ və Rusiya prezidentləri arasında istənilən gələcək gizli görüşlərə qətiyyətlə qarşı çıxır, həmçinin ABŞ prezidentini Helsinki sammitində Putinlə əldə olunan istənilən razılaşmaları Konqresə təqdim etməyi və müzakirəyə çıxarmağa çağırır", - Konqresə daxil edilmiş qətnamə layihəsində deyilir.
Sənəddə qeyd edilir ki, Rusiya tərəfi Putin və Tramp arasında əldə olunan razılaşmaların Kremlin maraqlarına cavab verdiyini açıqlayıb.
"Rusiya bildirir ki, razılaşmalar Kremlin maraqlarına cavab verir. Halbuki, ABŞ prezidenti bunları milli təhlükəsizlik üzrə öz məsləhətçiləri, Konqres və Amerika xalqı ilə uyğunlaşdırmadı", - vurğulanır.
Qətnamə demokrat konqresmen Şeyla Cekson Li tərəfindən hazırlanıb.
Qeyd edək ki, Helsinki görüşü iyulun 16-da keçirilib.