Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürəcək.
Millitv.Az apasport.az-a istinadən xəbər verir ki, ilk olaraq 7 matç oynanılacaq.
İlk oyun gününə Qazaxıstanda start veriləcək. Millimizin yarımmüdafiəçisi Riçard Almeydanın forma geyindiyi "Astana" "Mityulland"ı qəbul edəcək. Danimarka təmsilçisi ilə oyunda "Qəbələ"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk və eks "Qarabağ"lı Pedro Enrike də səhnəyə çıxacaqlar.
Mərhələnin PAOK - "Bazel" və "Dinamo" - "Hapoel" qarşılaşmaları da maraqla gözlənilir.
Günün son matçında "Legiya" Trnava "Spartak"ını qəbul edəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
24 iyul
18:00. "Astana" (Qazaxıstan) - "Mityulland" (Danimarka)
20:00. ÇFR (Kluj, Rumıniya) - "Malmö" (İsveç)
21:30. PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə)
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail)
22:15. "Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)
22:30. "Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)
23:00. "Legiya" (Varşava, Polşa) - "Spartak" (Trnava, Slovakiya)