Bakıda anasını amansızlıqla qətlə yetirən oğul tutulub. Lent.az xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12-də anası 1944-cü il təvəllüdlü Zərnişan İslamovanı amansızlıqla öldürən 1984-cü il təvəllüdlü İslamov Cəmil Ağasəlim oğlu yaxalanaraq istintaqa təhvil verilib.
Bildirilir ki, mübahisə zəminində 34 yaşlı Cəmil taxta parçası ilə anasının baş nahiyəsinə ağır zərbələr endirib. Bundan sonra o, 74 yaşlı anasını boğub. Ağır xəsarətlər almış Z.İslamova digər oğlu tərəfindən xəstəxanaya aparılsa da, o, yolda dünyasını dəyişib.
*****
02:20
Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.
Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.